Yaşı 100-dən çox olan nənələrin 8 Mart bayramı təbrik edildi
05 mart 2015 | 16:00
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun tapşırığına əsasən yaşı 100-dən çox olan bir qrup rayon sakinini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmək üçün rayon icra hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova aparatın məsul işçiləri ilə birlikdə onlara baş çəkmiş, bayram münasibəti ilə rayon icra hakimiyyəti başçısı adından onları təbrik edərək, xoş arzularını çatdırmış, hədiyyələr təqdim etmişdir.
Eyni zamanda Lerik şəhər sakini 101 yaşlı Raci İbrahimovaya yeni şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.