Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətin başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

03 mart 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Öncə videokonfrans vasitəsi ilə Qosmalian kənd icra nümayəndəliyindən olan vətəndaşlar qəbul edildi. Qosmalian kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Oqtay Şıxəliyev ərazidəki mövcud durum barədə rayon icra hakimiyyəti başçısına məlumat verdi.
      Qəbul zamanı Qələsər kənd sakini Kamal Hüseynov 30 evdən ibarət olan kəndlərinin qazlaşdırılmasına köməklik göstərilməsinə, Qosmalian kənd sakini Rəhman Vəliyev kənddə su probleminin aradan qaldırılması məqsədi ilə su bəndinin tikintisi və ya artezian quyusunun qazılmasını, Şəmsəddin Eminov əvvəllər mövcud olmuş 35 KV-luq elektrik hava xətlərinin və yarımstansiyanın bərpa edilməsini xahiş etdilər. Onlayn qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi.
    Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 45 nəfər vətəndaş qəbul olunaraq dinlənildi. Blaband kənd sakini Manaf Diniyev xəstə uşağına görə köməklik göstərilməsini, Lərmərud kənd sakini Rəfail İsmayılov və Siyov kənd sakini Ramal Sultanov işlə təmin olunmasını, Veri kənd sakini Gülağa Hacıyev oğlunun işlə təmin olunmasına, Amburdərə kənd sakini Cəlayir Əkbərov yağan qar nəticəsində həyətindəki yardımçı binaya dəymiş ziyanın bərpasına köməklik göstərilməsini xahiş etdilər.
      Qəbulda olan vətəndaşların müraciətlərinin araşdırılması və həlli mümkün məsələlərin icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər