Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

YAP Lerik rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

23 fevral 2015 | 16:00

Tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açdı.  Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Sonra natiq Xocalı qətliamı barədə məlumat verdi. Qeyd olundu ki,  1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi bu gün də məlum deyil.
      Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. 23 il ötməsinə baxmayaraq bu gün də dövlət səviyyəsində faciənin tanınması üçün ciddi iş aparılır. Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı fəaliyyəti xüsusilə qeyd etmək lazımdır.
      Sonra YAP rayon təşkilatı sədrinin müavini Elman Rəcəbov məruzə ilə çıxış etdi.
     Məruzədə bildirilirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
     Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
    Daha sonra YAP Lerik rayon təşkilatı Gənclər Birliyi sədrinin müavini Ramin Ağayev,  Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək Xocalı şəhərində törədilən faciədən, erməni qəsbkarlarının insanlığa sığmayan hərəkətlərindən, bu faciəyə dünya ictimaiyyətinin göz yummasından danışdılar. Qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyev 1994-cü ildə bu hadisəyə siyasi qiymət verdiyini, bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun rəhbərliyi ilə dünyanın bütün nöqtələrində keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində tədbirlər öz bəhrəsini verir. Artıq dünyanın bir neçə dövlətlərinin, ABŞ-ın 14 ştatının parlamentləri Xocalı soyqırımı barədə qətnamə qəbul etmişdir. Bu istiqamətdə bu gün də işlər davam etdirilir.
     Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olundu.

Keçidlər