Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

19 fevral 2015 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Əliabad kəndində vətəndaşlarla görüş-qəbulu keçirildi. Qəbulda Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdi.
     Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə artıq ənənə halını almış görüş-qəbullarda bir neçə dəfə sizlərlə görüşmüşük. 2015-ci ildə Əliabadda ilk qəbulumuzdu. Daha sonra rayon icra hakimiyyəti başçısı son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş  məlumat verdi. Bildirdi ki, son 11 ildə bütün sahələrdə inkişaf edən Azərbaycanın hər bir regionu kimi rayonumuz da gündən-günə dəyişir, gözəlləşir. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əliabad və qonşu ərazilərin müntəzəm istifadə etdiyi Noda-Şingədulan-Xanagah avtomobil yolunun 18 kilometri artıq hazırdır. Yaxın vaxtlarda Əliabad ərazisinə daxil olan yaşayış məntəqələrinə də təbii qazın verilməsi üçün işlərə başlanılacaqdır. Mənə verilən məlumata görə ərazinizdə ən böyük problemlərdən biri elektrik enerjisi ilə bağlıdır. Elektrik xətlərinin əsaslı təmiri aparılmamışdır. Bu sosial problemlərin həlli istiqamətində iş aparırıq. Bütün problemləri qısa vaxt ərzində aradan qaldırmaq mümkün deyildir. Bunun üçün vaxt və maliyyə vəsaiti lazımdır.
     Daha sonra rayon icra hakimiyyəti başçısı sakinləri dinlədi. Soru kənd tam orta məktəbinin direktoru Vahid Fazilov məktəb üçün yeni binanın tikintisini, Laman kənd sakini Babaəli Quliyev elektrik xəttinin dəyişdirilməsini, Gürdəsər kənd sakini Vahid Cəbrayılov kənddə artezian qazılmasını və ərazinin kəndlərinin qazlaşdırılmasını, Soru kənd sakini Kamil Diniyev işlə təmin olunmasını, Murya kənd sakini Əlirza Kərimov kəndin içməli su probleminin həllini, Əvilə kənd sakini Məzahir Şahbazov körpü tikintisini, Soru kənd sakini Rasim Həsənov maddi yardım göstərilməsini xahiş etdilər.
    Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
     Milli Məclisin deputatı İqbal Məmmədov son illər ölkə Prezidentinin qayğı və diqqəti, Dövlət Proqramla-rının uğurlu icrası nəticəsində rayonda yaradılmış iş yerləri, aparılan abadlıq işləri barədə məlumat verdi. Qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini qeyd etdi, köməklik göstərəcəyini bildirdi. 

Keçidlər