Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir

20 fevral 2012 | 16:00

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bu qəddar və amansız soyqırım aktı tarixə dəhşətli terror hadisələrindən biri kimi daxil olmuşdur. Xocalı faciəsi son yüz ildən artıq dövrdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsinin faciənin dərin hüznlə bir daha yad edilərək tədbirlərin keçirilməsini təmin etmək üçün Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə 17 yanvar 2012-ci il tarixli Sərəncamının icrasını təmin etmək və Xocalı faciəsi haqqında məlumatların yeniyetmə və gənclərə çatdırılması, xalqımızın başına gətirilən bu faciənin unudulmaması üçün tədbirlərin keçirilməsi məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Sərəncam imzalamış, tədbirlər planı təsdiq etmişdir. Tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, xüsusilə də təhsil və mədəniyyət müəssisələrində, eləcə də ərazi icra nümayəndəliklərində Xocalı soyqırımının iyirminci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində faciəyə həsr olunmuş inşa yazı və rəsm müsabiqələri, müxtəlif idman yarışları, xatirə gecələri və dəyirmi masalar təşkil edilir, Xocalı şəhərində törədilmiş vəhşiliyi əks etdirən statistik rəqəmlər iştirakçılara çatdırılır və bu qanlı faciə haqqında əyani materiallar nümayiş etdirilir. Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həm ölkə Prezidenti, xaricdə olan diaspor təşkilatları, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatlar bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılır.
 

Keçidlər