Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətin başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

06 yanvar 2015 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
     Ümumilikdə 21 nəfər vətəndaş qəbul olunaraq dinlənildi. Qəbul zamanı Təngəbin kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Salam Cabbarov, Rəzəvul kənd sakini, Qarabağ müharibəsi əlili Möhübbət Nəsirov, Axunəhiran kənd sakini Xanımgül İsiyeva, Lerik şəhər sakini Mahirə Əmirova və Noda kənd sakini, ehtiyatda olan hərbiçi Vüqar Həsənova həlli mümkün müraciətləri ilə əlaqədar rayon icra hakimiyyəti başçısı tərəfindən müvafiq köməklik göstərildi. Brkandul kənd sakini Fərrux Mirzəyev qəza vəziyyətinə düşmüş evinin bərpa edilməsində göstərdiyi köməkliyə görə rayon icra hakimiyyəti başçısına minnətdarlıq etdi.  Qəbulda olan digər vətəndaşların müraciətlərinin araşdırılması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər