Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi

31 dekabr 2014 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
      Bayram tədbirini rayon mədəniyyət şöbəsinin əməkdaşı Hüsaməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
     Rayon icra hakimiyyətinin sektor müdiri Əlipənah Bayramov çıxış edərək öncə bayram münasibəti ilə rayon icra hakimiyyəti başçısının rayon əhalisinə xoş arzularını və təbriklərini çatdırdı. 2014-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə respublikanın bütün regionlarında olduğu kimi rayonumuzda da həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verdi.  2014-cü ilin rayonumuz üçün uğurlu il olduğunu, son illərdə rayonda 40-dan çox məktəbin, onlarla sosial obyekt və inzibati idarə binalarının tikilməsi, kəndara avtomobil yollarının əsaslı tikintisi və təmiri işlərini, su xəttinin çəkilişi, kanalizasiya  şəbəkəsinin qurulması və digər mühüm əhəmiyyətli işlərin görüldüyünü qeyd etdi. Bu uğurların 2015-ci ildə də davam etdiriləcəyini diqqətə çatdırdı. Qarşıda duran vəzifələri qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq 23 ildir ki, dünyanın 70-dən çox ölkəsində təntənə ilə keçirildiyini bildirdi.
    Daha sonra rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi. Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.

Keçidlər