Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kompaniyaları keçirilir

15 noyabr 2014 | 16:00

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda 08 və 15 noyabr 2014-cü il tarixlərdə  idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə Lənkəran-Lerik avtomobil yolunun 51, 52, 53 və 54 km-də iməcilik keçirildi və yol boyunca 450 ədəd  müxtəlif cinslərdən olan ağaclar əkildi.
     Ağacəkmə kompaniyasında rayon təhsil şöbəsinin, mərkəzi xəstəxananın, mədəniyyət və turizm şöbəsinin, ƏSMM və DSMF-nin, telekommunikasiya qovşağının, rayon poçt filialının, peşə məktəbinin, rayon yaşıllaşdırma idarəsinin kollektivi daha çox fəallıq göstərirdi.
Ağsaqqallardan Həmzə Vəliməmmədov, Elxan Qənbərov, Hidayət Bəşirov, Azadxan Əsədullayev tədbirdə iştirak etmiş, gənclərə nümunə göstərmişlər.
       Rayon yaşıllaşdırma idarəsinin işçiləri tərəfindən xüsusi avadanlıqlar vasitəsi ilə ağaclar suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
     Eyni zamanda yaşıllaşdırma aksiyası çərçivəsində rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi tərəfindən dövlət meşə fondu torpaqlarında – Rzvanaband, Vizəzəmin, Gürdəsər və Lerik meşəbəyliyinin müxtəlif dolaylarında akasiya, qoz, ağcaqayın, göyrüc, katolba cinsindən 15 mindən yuxarı ağac əkilmişdir.
     Hal-hazırda ağac əkini kompaniyası davam edir. Əvvəlki illərdə və yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilir.

Keçidlər