Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu keçirildi
18 noyabr 2014 | 16:00
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə 32 nəfər qəbul olunaraq dinlənildi. Qəbul zamanı Rəzəvul kənd sakini, şəhid atası Təslim Əzizova, Lerik şəhər sakini Emma Qənbərovaya, Bibiyanı kənd sakini Ahil Qüdrətova, Lüləkəran kənd sakini Səlim Sadıxova və digər vətəndaşların həlli mümkün müraciətləri ilə əlaqədar rayon icra hakimiyyəti başçısı tərəfindən müvafiq köməklik göstərildi, vətəndaşların müraciətlərinin araşdırılması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.