Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib

20 yanvar 2026 | 15:35

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə şəhidlərin xatirəsi rayon sakinləri tərəfindən hörmətlə anılıb.

Öncə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Lerik şəhərində “Şəhidlər” abidə kompleksini ziyarət edib, abidənin önündə tər güllər düzərək, şəhidlərin əziz xatirəsini hörmətlə yad ediblər.

Gün ərzində rayon sakinləri tərəfindən Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər