Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

20 yanvar 2024 | 12:40

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə şəhidlərin xatirəsi rayon sakinləri tərəfindən hörmətlə anılıb.

Öncə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə “Şəhidlər” abidə kompleksini ziyarət edib,  abidənin önündə tər qərənfillər düzərək şəhidlərin xatirəsini hörmətlə yad ediblər.

Gün ərzində rayon sakinləri tərəfindən  Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər