Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

20 yanvar 2023 | 12:41

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzüçüncü ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, ərazi icra nümayəndəliklərində, idarə, təşkilat və müəssisələrdə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlər planına uyğun  olaraq  20 yanvar 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibəti ilə “Şəhidlər” abidə kompleksini ziyarət edərək abidənin önündə tər qərənfillər düzərək şəhidlərin xatirəsini hörmətlə yad ediblər.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər