20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
20 yanvar 2025 | 12:23
20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə şəhidlərin xatirəsi rayon sakinləri tərəfindən hörmətlə anılıb.
Öncə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə “Şəhidlər” abidə kompleksini ziyarət edib, abidənin önündə tər qərənfillər düzərək, şəhidlərin əziz xatirəsini hörmətlə yad ediblər.
Gün ərzində rayon sakinləri tərəfindən Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.