“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən Masallı-Lənkəran-Lerik turunun iştirakçıları, Səbail və Yasamal rayon məktəbliləri Lerik rayonunda olmuşlar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Bakının Yasamal və Səbail rayonlarının 9–11-ci sinif şagirdlərinin bir qrupu noyabrın 11-də, digər qrupu isə noyabrın 16-da Masallı və Lənkəran rayonları ilə tanışlıqdan sonra Lerik rayonunda olmuşlar.
Məktəbliləri Lerik şəhərinin Heydər Əliyev meydanında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşılamışlar.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində rayonda həyata keçirilən layihələrdən danışmış, rayon haqqında şagirdlərə ətraflı məlumat vermişdir.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə baxış keçirmişlər. Burada ümummilli lider Heydər Əliyevin iris haqqında onlara ətraflı məlumat verilmişdir.
Bakılı məktəblilər həmçinin “Uzunömürlülər” muzeyində və rayon tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxış keçirmiş, rayonun təbiət mənzərələri, görməli yerləri ilə tanış olmuşlar.
Sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində olmuşlar.