Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirildi

31 oktyabr 2014 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və aidiyyəti üzrə müəssisə rəhbərlərinin iştirakı ilə Şuranın iclası keçirildi. Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şuranın gündəliyində duran məsələlərlə bağlı məlumat verdi.
Şura iclasında “Balakən Rayon İcra Hakimiyyətində və dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin vəziyyəti haqqında” Prezident Administrasiyasından daxil olmuş yoxlama arayışı, “Siyov, Daster və Noda kənd inzibati ərazi dairələrində fəaliyyət göstərən uşaq bağçalarında məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və təhsilə hazırlanmasının vəziyyəti haqqında” , “Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq Lerik şəhəri, Blaband və Cəngəmiran kənd inzibati ərazi dairələrində fərdi yaşayış evlərinin tikintisi sahəsində görülmüş tədbirlərin vəziyyəti barədə”, “Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinə 2014-cü ilin 9 ayında daxil olmuş vətəndaş müraciətləri, onların qəbulu və sənədlərlə işin təşkili vəziyyəti barədə” məsələlər müzakirə edildi, sadalanan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün cavabdeh vəzifəli şəxslərə tapşırıq və tövsiyələr verildi.
Şura iclasında arayış və çıxışlarda verilmiş təklif və rəylər dinlənilərək gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

Keçidlər