Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas Lerik rayonunda səfərdə olmuşdur
2014-cü il sentyabrın 22-də Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dimitrios Tsounqas Lerik rayonunda səfərdə olmuşdur.
Səfər zamanı cənab Dimitrios Tsounqas Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə yaxından tanış oldu. “Uzunömürlülər” muzeyində və Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponatlarla tanış olan səfir Dimitrios Tsounqasa rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verildi.
Səfər çərçivəsində Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dimitrios Tsounqas və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov arasında görüş oldu. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov səfiri salamladı, rayonun sosial-iqtisadi inkişafı haqqında qonağa ətraflı məlumat verdi. Səfir Dimitrios Tsounqas Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd etdi və bu prosesin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirdi. Görüş zamanı səfir Dimitrios Tsounqas rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırova Yunanıstan haqqında kitab hədiyyə etdi. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov səfir Dimitrios Tsounqasa rayon sakinləri tərəfindən hazırlanmış əl işləri nümunələrindən ibarət hədiyyə təqdim etdi.
Səfir Dimitrios Tsounqas rayonun bir sıra kəndlərində olmuş və ərazinin füsunkar təbiətinin onu valeh etdiyini diqqətə çatdırmışdır.