Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Nücü kənd tam orta məktəbinin yeni inşa edilmiş binası istifadəyə verildi

16 sentyabr 2014 | 15:00

16 sentyabr 2014-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri, kənd sakinlərinin iştirakı ilə Nücü kənd tam orta məktəbi üçün yeni  inşa edilmiş 180 şagird yerlik yeni binanın açılış mərasimi keçirildi.
     Açılış mərasimini giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov bildirdi ki, Prezident cənab İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da 40-dan çox yeni məktəb binaları inşa edilmiş, müasir inventar və avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunmuşdur.
     Mərasimində çıxış edən müəllim, şagird və valideynlər təhsilə göstərilən dövlət qayğısına və məktəb tikintisinə görə dövlət başçısı cənab İlham Əliyevə razılıq və minnətdarlıqlarını bildirdilər.
     Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov müəllim və şagirdləri yeni tədris ilinin başlanması və məktəb binasının istifadəyə verilməsi münasibəti ilə təbrik etdilər. Birinci sinfə qəbul olunmuş şagirdlərə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edildi.
     Sonda açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə yaxından tanış oldular.

Keçidlər