20 Yanvar faciəsinin 22-ci ildönümü Lerik rayonunda da qeyd edilmişdir
21 yanvar 2012 | 16:00
“20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2011-ci il 13 dekabr tarixli 99 nömrəli sərəncamının Lerik rayonunda icrasını təmin etmək məqsədi ilə rayon icra hakimiyyətində 19 dekabr 2011-ci il tarixli 173 nömrəli sərəncamla 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq “Şəhidlər” abidə kompleksi ərazisində təmizlik və abadlıq işləri aparılmış, rayonun idarə və müəssisələrində, ərazi icra nümayəndəliklərində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi təmin edilmişdir.
Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində, Lerik şəhər 2 saylı, 3 saylı, internat, Günəşli, Cəngəmiran, Lüləkəran, Blaband, Anbu kənd tam orta məktəblərində, Noda kənd ümumi orta məktəbində, Noda kənd mədəniyyət evində, rayon mərkəzi kitabxanasında, tarix-diyarşünaslıq muzeyində, mərkəzi xəstəxanada 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə bağlı müxtəlif tədbirlər keçirilmiş, məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərdən ibarət kompozisiyalar nümayiş etdirilmişdir. Rayon gənclər və idman idarəsi tərəfindən gənclərin və yeniyetmələrin iştirakı ilə 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantılar təşkil edilmiş, yeniyetmələr arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
Yanvarın 19-da rayonun bütün ümumtəhsil məktəblərində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərsin keçirilməsi təmin edilmişdir.
Yanvarın 20-də rayon ictimaiyyətinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət edilmiş, rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri qoyulmuşdur. Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyada 20 Yanvar faciəsi təkcə hüzn, faciə günü kimi deyil, eyni zamanda qəhrəmanlıq günü kimi təqdim edilmişdir.
Yanvarın 20-də bütün gün ərzində “Şəhidlər” abidə kompleksində matəm musiqisinin səsləndirilməsi təmin olunmuş, saat 1200-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.