19 dekabr 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib
19 dekabr 2023 | 15:51
19 dekabr 2023-cü il tarixində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən 26 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.