Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 iyun- Dövlət qulluqçularının peşə bayramı günüdür

24 iyun 2014 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 23 iyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi.
     Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı cənab  Rövşən Bağırov açaraq dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli lıderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi və bu işlərin bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Dövlət qulluqçularının peşə bayramı günün təsis olunmasını dövlət qulluqçularına göstərilən diqqət və qayğının təzahürü olduğunu qeyd etdi.
      23 iyun- “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş məruzə ilə rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Habil Məlikov çıxış etdi. Sonra məruzə ətrafında çıxışlar oldu. Rayon Prokuroru Bəhruz İbrahimov, YAP Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, rayon Ağsaqqallar Şurasının sədri, dövlət qulluğu təqaüdçüsü Həmzə Vəliməmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elməddin Cəfərov və rayon icra hakimiyyəti başçısı aparatının Aqrar məsələlər şöbəsinin baş məsləhətçisi, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri Vüqar Mirzəyev çıxış etdilər.
    Sonda dövlət qulluğunda uzun müddət səmərəli, qüsursuz fəaliyyətinə görə və 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə Fəxri Fərmanla  təltif edilmiş rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Araz Quliyevə, Monidigah kənd ərazi icra nümayəndəsi Firuzə Hüseynovaya, Çayrud kənd ərazi icra nümayəndəsi Xanlar Həmidova, DSMF-nin rayon şöbəsinin sektor müdiri Tehran Ağayevə Fəxri Fərman təqdim edildi.

Keçidlər