Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

17 iyun tibb işçilərinin peşə bayramı günü Lerik rayonunda qeyd olundu

18 iyun 2014 | 15:00

17 iyun tibb işçilərinin peşə bayramı günü Lerik rayonunda qeyd olunmuşdur. Tədbir Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, abidənin önünə tər gül-çiçək dəstələrinin düzülməsi ilə başlanılmış, Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov şərəfli peşə sahiblərini əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olmuş, bu sahə üzrə əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edilmiş, bir sıra sərəncamlar və qərarlar verilmişdir. Bütün bunlar əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır.
      Eləcə də cənab Prezidentin 16 iyun 2014-cü il tarixli sərəncamı ilə rayon mərkəzi xəstəxanasının həkimi Sadiqə Rufullayevaya “Əməkdar həkim” fəxri adının verilməsin ölkə başçısı tərəfindən rayonunun səhiyyə sahəsində çalışan tibb işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi.
     Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Abdulla Rzayev, rayon mərkəzi xəstəxanasının həkimi Müqabil Məmmədov, ixtisasca həkim olan Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması yönümündə böyük tədbirlər həyata keçirildiyini vurğuladılar və ölkə rəhbərliyinə rayonun səhiyyə sahəsinə, bu istiqamətdə fəaliyyət göstərən tibbi işçilərinə göstərdiyi diqqət və qayğısına görə minnətdarlıqlarını ifadə etdilər.
      Sonda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov yekun sözü ilə çıxış edərək əhalini sağlamlığının qorunması və səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir sıra tibb işçilərinə rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi.

Keçidlər