Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

14 iyun 2014 | 15:00

2014-cü il iyunun 13-də 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
      Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirmişdir ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni eranın başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
      1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Ovaxtkı iqtidar tərəfindən ölkə daxilindəki real etnik-siyasi durum nəzərə alınmadan qəbul olunmuş qərarlar ölkəni etnik qarşıdurma və xaricdən müdaxilə həddinə gətirib çatdırdı. Bu dövrdə respublikada separatçılıq meylləri də tüğyan edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı.
     Əgər bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Məhz bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə yeni bir siyasi dövr başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Bu gün də ümummilli liderin siyasi kursu onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin Milli Qurtuluş Gününə həsr olunmuş geniş məruzəsi dinlənildi. 
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntiqam Əsədov, “Lerik” qəzetinin redaktoru İdris Şükürlü çıxış edərək bildirdilər ki, Azərbaycan dövlətinin qazandığı bütün uğurlar 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və Azərbaycanda əsasını qoyduğu iqtisadi və siyasi kursun, ən əsası isə siyasi sabitliyin nəticəsidir.
     Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yekun nitqi ilə çıxış edərək, bugünkü inkişafı, əldə olunan sosial-iqtisadi uğurları həmin tarixi günün bəhrələri kimi dəyərləndirdi. Azərbaycan xalqının bundan sonra da ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyini, xalqımızın qəlbən inandığı və siyasətini bəyəndiyi liderin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə ediləcəyinə əmin olduğunu bildirdi.

Keçidlər