Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

03 iyun 2014 | 15:00

2014-cü il iyunun 2-də Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında  Şuranın geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri  ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanov, şöbənin dəftərxananın müdiri İsmayıl Yaqubov, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini – Vətəndaşların qəbulu şöbəsinin rəisi Mübariz Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidləri sərhədlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri və ərazi icra nümayəndələri iştirak etmişlər.
       Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin tapşırığı əsasında  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən  aprel ayının 22-dən 26-dək  Sənədlərlə və vətəndaşların müraciətləri  ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanovun, şöbənin dəftərxana müdiri İsmayıl Yaqubovun, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini – Vətəndaşların qəbulu şöbəsinin rəisi Mübariz Əhmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidləri sərhədlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərovun iştirakı ilə “Lerik Rayon İcra Hakimiyyətində, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin vəziyyətinin öyrənilməsi haqqında arayış” müzakirə  edilmişdir.
       Prezident Administrasiyası Komissiyasının arayışını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sektor müdiri İsmayıl Yaqubov təqdim etdi. 
      Daha sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri  ilə iş şöbəsinin müdir müavini İsrafil Qurbanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək arayışda qeyd edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdilər.
     Şura iclasında  müvafiq qərar qəbul edildi. 

Keçidlər