Azərbaycan Gənclərinin VII Forumu ilə əlaqədar rayon gənclərinin toplantısı keçirilmişdir
26 may 2014-cü il tarixdə Azərbaycan Gənclərinin VII Forumu ilə əlaqədar rayon gənclərinin toplantısı keçirilmişdir. Toplantıda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Toplantıda rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmovun əvvəlki Forumdan keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmişdir. R.Rüstamov respublikada aparılan dövlət gənclər siyasətindən, ölkə rəhbəri cənab İlham Əliyevin gəncliyə göstərdiyi qayğıdan danışmış, rayonda gənclər siyasəti sahəsində görülən işlərdən, aparılan tədbilərdən, idman yarışlarının keçirilməsindən, rayon rəhbərliyi tərəfindən gənclərə gəstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Tədbirdə rayon məhkəməsinin əməkdaşı Qasım Mustafayev, mərkəziləşdirilmiş kitabxana sisteminin işçisi Sevinc Babayeva çıxış edərək gənclər siyasətinin dövlətin apardığı siyasətin tərkib hissəsi olduğunu qeyd etmişlər.
Toplantıda Azərbaycan Gənclərinin VII Forumuna nümayəndələr seçilmişdir.
Rayon icra hakimiyyəti başçısının I müavini Cəlil Baxşıyev çıxış edərək gənclərə tövsiyələr vermiş, uğurlar arzulamışdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə toplantı iştirakçıları adından müraciət qəbul olunmuşdur.