Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirildi

16 may 2014 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə leytenant Arif Nuriyev adına rayon 1 saylı texniki fənlər təmayüllü liseyin akt zalında 15 may “Beynəlxalq Ailə günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, digər aidiyyəti təşkilatların rəhbərləri, şəhərdə fəaliyyət göstərən texniki-peşə və ümumtəhsil məktəblərin pedaqoji kollektivlərinin nümayəndələri, yuxarı sinif şagirdləri, ziyalılar iştirak etmişlər.
     Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Babaxan Rufullayev açmış, məruzə ilə çıxış etmişdir. Natiq 1993-cü ildən BMT Baş Assambleyasının qətnaməsi ilə bütün dünyada 15 mayın – Beynəlxalq Ailə günü kimi qeyd olunması, ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin əsas atributu kimi Azərbaycan ailəsinə göstərdikləri diqqət və qayğı, müstəqillik dövründə ölkəmizdə ailə institutunun formalaşdırılması sahəsində görülmüş işlər diqqətə çatdırdı.
    Məsələ ilə bağlı rayon məhkəməsinin hakimi Təyyar Abbaslı, peşə məktəbinin direktoru Hüseynbala Əliyev, şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin müəllimi Zakir Vəliyev və rayon ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru Araz Qurbanov çıxış etdilər.
     Tədbir sual-cavab və diskussiya şəraitində davam etmiş, erkən nikah, ailədə, qadın və uşaq problemləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər