Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş yeniyetmələr arasında futbol üzrə rayon birinciliyi keçirildi

04 may 2014 | 15:00

29 aprel - 03 may tarixdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə məktəblilər arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir. Azərkeşlər tərəfindən maraqla izlənilən yarışın keçirilməsində əsas məqsəd əhalinin, xüsusilə yeniyetmə və gənclərin kütləvi idmana cəlb edilməsi, rayonda futbol idman növünün inkişaf etdirilməsi olmuşdur.
   Yarışda I yeri şəhər 1 saylı liseyin komandası tutmuşdur. II yeri şəhər 3 saylı tam orta məktəbin komandası, III yeri isə Lüləkəran kənd orta məktəbin komandası tutmuşlar. Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları, kubokları və xatirə hədiyyələri təqdim edilmişdir.
     Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.

Keçidlər