Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi

10 may 2014 | 15:00

Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
   Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Heydər Əliyev Azərbaycan xalqının milli qürurudur”., Gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov “Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” və rayon mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşı Arzu Əzizova “Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev  və  dövlət qadın siyasəti” mövzusunda məruzə etdilər.
     Sonra konfrans iştirakçıları ümummilli  liderin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, ulu öndərin həyatından bəhs edən “ Böyük ömrün anları” filminə tamaşa etdilər.

Keçidlər