Heydər Əliyev Mərkəzində ilk nigah mərasimi keçirildi
Aprelin 24-də rayonumuzda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində gənclərin nigah mərasimi keçirilmişdir. Rayonun Vistən kənd sakini, hərbçi Hüseynov Elnur Fərəməz oğlu və İbadova Aygün İlham qızı arasında nigah bağlanmışdır.
Yeni ailə quran gənclər öncə Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzinə daxil olaraq mərkəzdəki eksponatlarla, o cümlədən Ulu Öndərin Zərifə xanım Əliyevaya ilə bütün gənclərə örnək olan ailə həyatı ilə tanış olmuşlar.
Nigah mərasimini Lerik Rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Hökümə Turidə açmışdır. “Vağzalı” sədaları altında nigah müqaviləsi bağlanmış və iştirakçıların alqışları altında gənclərə nigah şəhadətnaməsi təqdim olunmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova gənclərə rayon icra hakimiyyəti başçısının təbrikini çatdırmış və hədiyyə təqdim etmişdir.