Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Çernobl” faciəsinin 28-ci il dönümü ilə əlaqədar Çernobl əlilləri ilə görüş keçirildi

26 aprel 2014 | 15:00

 25 aprel 2014-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov “Çernobl” faciəsinin 28-ci il dönümü ilə əlaqədar həmin faciənin fəsadlarının aradan qaldırılmasında iştirak edərək əlil olmuş rayon sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov dövlət başçısının əlillərə, o cümlədən Çernobl əlillərinə göstərdiyi qayğıdan bəhs edərək, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixdə “Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əliliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin Təqaüdü”nün təsis edilməsi haqqında Fərmanın bu diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.
     Tədbirdə iştirak edən Çernobl əlilləri adından danışan Bəxtiyar Şiriyev ölkə başçısı tərəfindən daim onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdi.
        Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Çernobl əlillərinə maddi yardım göstərildi.

Keçidlər