Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi mövzusunda dəyirmi masa
Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda mərkəz kollektivinin, işəgötürənlərin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirildi.
Rayon icra hakimiyyəti başçısının müavini, Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin sədri Habil Məlikov və Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov mövzu ətrafında geniş çıxış edərək bu sahədə görülmüş işlər, mövgud problemlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.
Su-Kanal idarəsinin müdiri Asif İmanov, Peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev və başqaları mövzu ətrafında fikirlərini bildirdilər. Mövzu ətrafında diskusiyalar aparıldı.