Peşəyönümü məsləhətinə həsr edilmiş konfrans keçirildi
24 aprel 2014 | 15:00
23 aprel 2014-cü il tarixdə Valeh İbrahimov adına Lerik şəhər tam orta internat məktəbində Lerik Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə, mərkəzin kollektivinin, məktəb direktorlarının və yuxarı sinif şagirdlərinin iştirakıyla gənclərin şüurlu yaradıcı əməyə hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi və onların məşğulluğunun təmin olunmasında peşəyönümü işinin əhəmiyyəti və Peşəyönümü məsləhətinə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda mərkəzin direktoru Zəfər İsmayılov, əlaqələndirmə komitəsinin üzvü Vüqar Mirzəyev, təhsil şöbəsinin məsul işçisi Mehman Rəcəbov və digər yoldaşlar mövzu ətrafında çıxışlar etmişlər. Aidiyyəti üzrə suallar cavablandırılmışdır.