Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhidin xatirəsi anıldı

12 aprel 2014 | 15:00

Züvüç kənd tam orta məktəbində şəhid  Bünyadəli  Pələngovun doğum gününə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sahil Ağayev açaraq şəhid B.Pələngov haqqında məlumat verdi. Daha sonra məktəbin müəllimi  Əfran Sucayev şəhidin həyat və döyüş yolu haqqında geniş məruzə etdi. Bildirdi ki, baş leytenant B.Pələngov 35 illik qısa, lakin şərəfli həyat yolunda əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu gün onun həyat yolu hər bir gənc üçün örnəkdir.  Məktəbimizdə təhsil alan yeniyetmələrimiz şəhid Bünyadəli Pələngova,  Lətif Ağayevə oxşamaq istəyir. Hər il kəndimizin bu şəhidlərinin doğum və ölüm günləri ehtiramla yad edilir.
      Daha sonra məruzəçi  qeyd  etdi ki,  Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində torpaqlarımız düşmən tapdağından mütləq azad ediləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.
      Tədbirdə Züvüç kənd ərazi icra nümayəndəsi  Qabil Hüseynov,  ağsaqqal,  şəhidin dayısı  Rəzzaq Sucayev, Züvüç kənd tam orta məktəbinin müəllimi Əlirza Abışov, kənd xəstəxanasının baş həkimi Tumar Şahmarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin rəisi Elməddin Cəfərov çıxış edərək belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini qeyd etdilər.
      Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Hüseyn Hüseynov çıxış edərək erməni separatçılarının respublikamıza qarşı torpaq iddialarından söz açdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğunda görülən işlər, əldə olunan nailiyyətlər haqında məlumat verdi. Torpaqlarımızın müdafiəsi zamanı əlil və şəhid olan vətəndaşlara, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışdı.
      Sonda şəhidin qardaşı Nobatəli Pələngov çıxış edərək dövlətin şəhid ailələri  və Qarabağ əlillərinə göstərdiyi qayğı və diqqətə görə minnətdarlığını bildirdi. Qardaşının xatirəsinə hazırlanan tədbirdə əməyi olan hər kəsə minnətdarlıq etdi.
      Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndirildi, şəhid B.Pələngovun həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş etdirildi.

Keçidlər