Şingədulan kənd inzibati ərazi dairəsində Şingədulan, Zenonu və Ağqışlaq kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilmişdir
Rayon icra hakimiyyəti başçısının aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Şingədulan kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Cənab Prezidentin tapşırığına əsasən tərtib olunmuş qrafikə uyğun olaraq vətəndaşlarla səyyar görüş-qəbul keçirilməsi artıq ənənə halını almışdır. Bir neçə dəfə sizlərlə də görüşümüz olub. Bu il isə ilk dəfədir ki, səyyar görüş-qəbula gəlmişik. Məqsədimiz rayon mərkəzindən uzaq məsafədə yerləşən vətəndaşları narahat edən problemlərlə yerində tanış olmaq, onların həlli yollarını birgə axtarmaqdan ibarətdir.
Daha sonra rayon icra hakimiyyəti başçısı son illər Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindədir. Artıq beynəlxalq arenada, dünya dövlətləri sırasında Azərbaycan öz mövqeyi və qüdrəti ilə seçilən bir dövlət kimi nüfuz qazanmışdır. 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları da buna bariz nümunədir. Cənab Prezidentin qayğı və diqqəti ilə ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da həyata keçirilən abadlıq-quruculuq və tikinti işləri barədə geniş məlumat verdi. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə rayonun ən ucqar kəndlərinə yollar salınır, yeni məktəb binaları tikilir, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və yeni iş yerlərinin yaradılmasına nail olmaq üçün Modul elektrik stansiyasının tikintisi yekunlaşmaq üzrədir.
Şingədulan ərazisinə daxil olan kəndlərdə də abadlıq işlərinin aparılması daim diqqətdə saxlanılmışdır. Ötən il Şingədulan kəndində həkim məntəqəsi üçün bina tikilmiş, Zenonu, Ağqışlaq və Durğan kəndlərində hər cür şəraiti olan yeni məktəblər müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Ən mühüm problem olan magistral Noda-Şingədulan-Xanagah yolunun tikintisinə başlanılması hər birimizin sevincinə səbəb olmuşdur.
Möhtərəm Prezidentimizin verdiyi Sərəncama əsasən yenidən tikilən bu yolda gördüyünüz kimi işlər sürətlə aparılır. Hər bir vətəndaş bu yolun tikintisində öz köməyini göstərməlidir. İş zamanı meydana çıxan xırda problemlər dərhal həll edilməlidir ki, işlər yubanmadan aparılsın. Gələcəkdə bu yoldan kəndlərə ayrılan daxili yolların da asfaltlaşdırılmasına baxılacaqdır. Dövlətimizin iqtisadi qüdrəti günü-gündən möhkəmləndikcə digər problemlərin də həllinə nail olacağıq.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən ayı-ayrı məsələlərlə bağlı qaldırılan problemlərin operativ həll edilməsi üçün aidiyyəti idarə rəhbərlərinə tapşırıq verdi.