Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

03 aprel 2014 | 15:00

2014-cü il aprelin 2-də Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir. İclasda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikada həyata keçirilən əhalinin tibbi müayinəsi kampaniyasının rayonda icra vəziyyəti haqqında” məsələ müzakirə edilmişdir.
       Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən zəruri tədbirlərdən, respublikada fevralın 17-dən başlamış əhalinin tibbi müayinədən keçirilməsi aksiyasının əhəmiyyətini qeyd etdi, kampaniya çərçivəsində görülən işləri diqqətə çatdırdı, çatışmamazlıqlarla bağlı müvafiq idarə, təşkilat və müəssisələrin rəhbərlərinə konkret tapşırıqlar verdi.
     İclasda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikada həyata keçirilən əhalinin tibbi müayinəsi kampaniyasının rayonda icra vəziyyəti haqqında” məsələyə dair rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məruzə etdi. Bildirdi ki, səhiyyə sahəsində tədbirlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2014-cü il fevralın 17-dən respublikamızda əhalinin kütləvi tibbi müayinəsi kampaniyasına başlanılmışdır. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verilmiş bu qərar xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu tədbir əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir.
     Cənab Prezidentin tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində geniş müşavirə keçirilmiş, aidiyyəti vəzifəli şəxslər, habelə tibb işçiləri qarşısında mühüm vəzifələr qoyulmuşdur. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üzrə qrafik tərtib olunmuşdur.
      Rayon əhalisinin  tibbi  müayinələrdən  keçirilməsi  2010-cu il  iyunun  25-də cənab  Prezidentin  rayonumuza üçüncü tarixi səfəri zamanı açılışı keçirilmiş rayon mərkəzi xəstəxanasında təşkil edilmişdir. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün burada ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Burada əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır.
     Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Tibbi müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
     Tibbi profilaktik müayinələrin aparılması üçün rayon mərkəzi xəstəxanasında müvafiq əmrlə iki ixtisaslı həkim briqadası yaradılmışdır.
       Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinin çıxışları dinlənilmişdir.

Keçidlər