Milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi rayonda qeyd edilmişdir
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə milli təhlükəsizlik orqanlarının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər güllər düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə milli təhlükəsizlik orqanlarının fəaliyyəti və 95 illik yubileyinə həsr olumuş film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi. Milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdıran natiq, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Bildirdir ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün əzmlə çalışmalıdır.
Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin rəisi Mehman Qasımov təhlükəsizlik orqanlarının yaranma tarixi və 95 illik uğurlu fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi.
Rayon prokuroru Bəhruz İbrahimov, ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, peşə məktəbinin direktoru, tarixçi Hüseynbala Əliyev çıxış edərək təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətlərini qeyd edərək, təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdilər.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin rəhbərliyi və əməkdaşlarına Fəxri Fərman və hədiyyələr təqdim edildi.