Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirildi

21 mart 2014 | 16:00

20 mart 2014-cü il tarixdə Cəngəmiran kənd ərazi icra nümayəndəliyi və kənd mədəniyyət evinin birgə təşkilatçılığı ilə kənddə bayram tədbiri keçirildi.
      Tədbiri ərazi icra nümayəndəsi Əsəd Əsədov açaraq kənd əhalisini bayram münasibəti ilə təbrik etdi, rayon icra hakimiyyəti başçısının bayram təbriklərini çatdırdı. Rayon icra hakimiyyəti tərəfindən ərazidə yaşayan şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatlarının verildiyini qeyd etdi.
    Tədbir musiqi sədaları altında bayram tonqalının alovlandırılması ilə davam etdirildi. Kənd mədəniyyət evinin üzvləri tərəfindən Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə bayram tonqalı ətrafında qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi. Məktəblilərin ifasında bayram ovqatlı şeirlər səsləndirildi, rəngarəng musiqi nömrələri əhali tərəfindən alqışlarla qarşılandı.

Keçidlər