Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə Lerikdə ümumrayon şənliyi keçirilmişdir

19 mart 2014 | 16:00

2014-cü il martın 18-də bayramsayağı bəzədilmiş, ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrin əməkdaşlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilmişdir.
       Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik etmiş, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərini, əldə olunan nailiyyətləri qeyd etmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu icrasının nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf edir. Ötən Novruz bayramından keçən bir il Lerik rayonu üçün də uğurlu və yaddaqalan olmuşdur. Rayon gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Lerik şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilmişdir. Bundan sonra da əhalinin həyat səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
      Tədbir musiqi sədaları altında bayram tonqalının alovlandırılması ilə davam etdirilmişdir. Bayram tonqalı ətrafında rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri, Lənkəran Dram Teatrının aktyorları tərəfindən Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, eləcə də pəhləvanların və kəndirbazların müxtəlif nömrələri nümayiş etdirilmişdir.
     Bayram tədbirində məktəblilərin ifasında bayram ovqatlı şeirlər səsləndirilmiş, rəngarəng musiqi nömrələri ilə konsert proqramı nümayiş etdirilmişdir.
       Novruz bayramı münasibəti ilə həmçinin rayon icra hakimiyyətinin başçısı adından rayondakı şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatı verilmişdir.

Keçidlər