Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir
2014-cü il martın 14-də Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş şəkərli diabet, talassemiya, hemofiliya, vərəm və xroniki böyrək çatışmazlığı xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramlarından irəli gələn vəzifələrin rayon mərkəzi xəstəxanasında icrası və Veri, Piran, Tülüconu, Molalan kənd inzibati ərazi dairələrində fəaliyyət göstərən səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti haqqında” Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məlumat vermişdir. Müzakirə olunan məsələ ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinin çıxışları dinlənilmişdir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən zəruri tədbirlərdən danışmış, bu sahədə qarşıda duran vəzifələri bir daha diqqətə çatdırmış, müvafiq idarə, təşkilat və müəssisələrin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.