Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Blaband kəndində səyyar-görüş keçirildi

14 mart 2014 | 16:00

Rayon icra hakimiyyəti başçısının aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Blaband kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi. Öncə artıq bir neçə dəfə görüşdüklərini qeyd edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə son illər Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş  məlumat verdi. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə rayonumuzda da abadlıq və tikinti işləri sürətlə aparılır. Ən ucqar kəndlərdə belə yeni məktəblər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə nail olmaq üçün Cənab Prezidentin tapşırığı ilə Modul elektrik stansiyasının tikintisi yekunlaşmaq üzrədir. Burada həm də onlarla lerikli işlə təmin ediləcəkdir.
    Bilirsiniz ki, artıq Blaband ərazisinə daxil olan kəndlərin qazlaşdırılması tam başa çatdırılıb. Blaband və Barzavu kəndlərində həkim məntəqəsi üçün bina tikilmiş, Osnağakücə kəndində ağsaqqalların istirahəti üçün yeni bina inşa edilmişdir. Barzavu kəndində hər cür şəraiti olan yeni məktəb müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Anbu kəndində məktəb binası əsaslı təmir edilmişdir. Ancaq bu il orada da yeni məktəb binasının tikilməsi nəzərdə tutulmuşdur. Bu ərazini rayon mərkəzi ilə birləşdirən əsas magistral yol asfaltlaşdırılmışdır. Tədricən bu yoldan kəndlərə ayrılan daxili yolların da asfaltlaşdırılmasına baxılacaqdır. İnşallah bu il Blabanda gələn bu yolun asfaltlaşdırılmasını plana salmışıq. Dövlətimizin iqtisadi qüdrəti günü-gündən möhkəmləndikcə digər problemlərin də həllinə nail olcağıq.
    Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən ayı-ayrı məsələlərlə bağlı qaldırılan problemlərin həll edilməsi üçün aidiyyəti təşkilat rəhbərlərinə yerindəcə tapşırıq verildi.

Keçidlər