Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi

31 yanvar 2014 | 16:00

Rayonun əlaqədar idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla görüş-qəbul keçirən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda aparılan geniş abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirdi ki, cənab Prezidentin 2008-ci ildə imzaladığı Sərəncamla şəhər statusu alan Lerik gündən-günə dəyişir, gözəlləşir, əhalinin rifah halı yüksəlir. Hər il şəhərin küçə və meydanlarında tikinti quruculuq işləri aparılır, səkilər salınır, istinad divarları tikilir, müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılır. 2013-cü ildə şəhər əhalisinə tibbi xidmətin yaxşılaşdırılması, gələcəyimiz olan uşaqlara qayğının gücləndirilməsi məqsədi ilə mərkəzi xəstəxananın uşaq şöbəsi, 75 uşaq yerlik şəhər uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Hər iki müəssisədə müasir isitmə sistemi quraşdırılmış, inventar və avadanlıqlarla təchiz edilmiş, normal fəaliyyət üçün hər bir şərait yaradılmışdır. Bundan başqa rayonun daxili imkanları hesabına 300 nəfərlik “Xeyir-Şər evi” tikilərək əhalinin istifadəsinə verilmişdir. Cənab Prezidentin qayğı və diqqəti ilə şəhərin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu inkişaf təkcə rayon mərkəzində deyil, ucqar kəndlərimizdə də eyni səviyyədə aparılır. Hər il ayrı-ayrı kəndlərdə yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə rayonumuzun ən ucqar kəndlərində 60-a yaxın məktəb binası tikilmiş, 40–a yaxın kəndə mavi qaz xətti çəkilmişdir. Hazırda 9 kənddə mavi qaz xəttinin çəkilməsi istiqamətində iş aparılır. 
      Daha sonra rayon icra hakimiyyəti başçısı şəhər sakinlərini dinlədi.  Vətəndaşlar tərəfindən qaldırılan bəzi park və xiyabanlarda təmir işlərinin aparılması, məhəllələrdə küçə işıqlarının quraşdırılması, küçələrin asfaltlaşdırılması, şəhərdə yeni avtovağzalın tikilməsi  və digər  məsələlərlə bağlı aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər