Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayonun əlaqədar idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Gəngəmiran kəndində vətəndaşlarla görüş-qəbul keçirən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı, qeyd etdi ki, cənab Prezidentin tapşırığına əsasən hər həftənin 4-cü günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirilir. Bildirildi ki, son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycanın şəhər və rayonları kimi rayonumuz da inkişaf edir, gündən-günə dəyişir, gözəlləşir, əhalinin rifah halı yüksəlir. Hər il onlarla yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə rayonumuzun ən ucqar kəndlərində 60-a yaxın məktəb binası tikilmiş, 40 –a yazın kəndə mavi qaz xətti çəkilmişdir. Cəngəmiran kəndinə və qonşu kəndləri mavi qazın verilməsi, 2013-cü ildə Cəngəmiran kəndinin yaxınlığından keçən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu əsaslı tikilərək istifadəyə verilmiş və Cəngəmiran kəndini həmin yola birləşdirən 1 km-dən çox kəndara yoluna asfalt döşənmişdir. Perzəkücə kəndində ağsaqqalların istirahətini təmin etmək məqsədi ilə “Ağsaqqallar evi” tikilərək istifadəyə verilmişdir. Ötən illərdə kənd sakinlərinin müraciəti nəzərə alınaraq Cəngəmiran kəndində uşaq bağçası və tibb məntəqəsi tikilmişdir. Cəngəmiran kənd tam orta məktəbi üçün yeni binanın tikintisi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir, əhalini narahat edən digər problemlərin həllinə bundan sonra da çalışacağıq.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.