Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

21 yanvar 2014 | 16:00

Xalqımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin, qan yaddaşımıza yazılan 20 yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələrində, kənd inzibati ərazi icra nümayəndəliklərində silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Rayon icra hakimiyyəti tərəfindən “Şəhidlər” abidə kompleksində təmir-bərpa işləri aparılmış, xiyabanda səliqə səhman işləri görülmüşdür.
      20 yanvar 2014-cü il tarixdə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə kompleksinə gələrək 20 Yanvar Şəhidlərini yad etdilər, abidənin önünə tər qərənfillər düzdülər.
    Daha sonra rayon mədəniyyət evində 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, texniki peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elməddin Cəfərov çıxış edərək qanlı şənbə gecəsi haqqında məlumat verdilər, bu günün təkcə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi xalqımız tərəfindən həmişə qürurla yad ediləcəyini diqqətə çatdırdılar. Vurğulandı ki, xalqımızın başına gətirilən bu faciə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə hüquqi-siyasi qiymət verilmiş, günahkarların adları sadalanmışdır.
    Sonra tədbir iştirakçıları məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlərə baxış keçirildi və faciəni əks etdirən filim və bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər