Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi

10 yanvar 2014 | 16:00

Rayonun əlaqədar idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Əliabad kəndində vətəndaşlarla görüş-qəbul keçirən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, yeni ildə ilk görüş-qəbula sizin ərazinizə gəlmişik. İlk növbədə sizlərin yeni ilini təbrik edir və ümid edirəm ki, 2014-cü il xalqımız üçün düşərli olacaqdır. Daha sonra rayon icra hakimiyyəti başçısı son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş  məlumat verdi. Bildirdi ki, son 10 ildə bütün sahələrdə inkişaf edən Azərbaycanın hər bir regionu kimi rayonumuz da gündən-günə dəyişir, gözəlləşir. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bu işlər yalnız şəhərdə deyil, eləcə də ucqar kəndlər də davam etdirilir. Keçən il də rayonumuz üçün bir çox uğurlarla yadda qalmışdır. Ən böyük uğurumuz isə sizlərin də mütəmadi istifadə etdiyiniz 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun əsaslı tikintisi ilə bağlı Cənab Prezidentin 14 sentyabr 2013-cü ildə Sərəncam verməsi oldu. Bu yolun bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Rayonumuzda qazlaşdırma işləri uğurla davam etdirilir. Yaxın vaxtlarda Əliabad ərazisinə daxil olan yaşayış məntəqələrinə də təbii qazın verilməsi üçün işlərə başlanılacaqdır. Mənə verilən məlumata görə ərazinizdə ən böyük problemlərdən biri elektrik enerjisi ilə bağlıdır. Elektrik xətlərinin əsaslı təmiri aparılmamışdır. Bu sosial problemlərin həlli istiqamətində iş aparırıq. Bütün problemləri qısa vaxt ərzində aradan qaldırmaq mümkün deyildir. Bunun üçün vaxt və maliyyə vəsaiti lazımdır.
    Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər