Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.

31 dekabr 2013 | 16:00

30 dekabr 2013-cü il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakıyla rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisə işçilərinin, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
      Bayram tədbirini rayon icra hakimiyyətinin məsul işçisi Əlipənah Bayramov açıq elan edərək öncə rayon rəhbərliyinin bayram münasibəti ilə ən xoş arzularını və təbriklərini rayon sakinlərinə çatdırdı. 2013-cü il Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə respublikanın bütün regionlarında olduğu kimi rayonumuzda da həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verdi. 2013-cü ildə cənab Prezidentin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamların əhali tərəfindən razılıqla qarşılandığını və bu işlərin 2014-cü ildə də davam etdiriləcəyini diqqətə çatdırdı. Son on ildə rayonda 40-dan çox məktəb, onlarla sosial obyekt və inzibati idarə binaları tikilmiş, kəndara yollarında təmir işləri aparılmışdır. Cənab Prezidentin diqqət və qayğısı ilə Lerik-Qosmalian-Kəlvəz yolu əsaslı tikilərək əhalinin istifadəsinə verilmiş, Noda-Şingədulan-Xanagah yolunun tikintisinə başlanılmışdır. Daha sonra qarşıda duran vəzifələri qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq 22 ildir ki, dünyanın 70-dən çox ölkəsində təntənə ilə keçirildiyini bildirdi.
    Daha sonra rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi. Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.

Keçidlər