Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbirlər keçirilir.

30 dekabr 2013 | 16:00

2013-cü il dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Lerik şəhər 2 saylı, 3 saylı tam orta məktəblərində, şəhər uşaq bağçasında tədbirlər keçirilmişdir.
   Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri iştirak edərək təhsil işçilərini, valideynləri və şagirdləri qarşıdan gələn əlamətdar bayram münasibəti ilə təbrik etmiş, yeni ildə onlara təhsildə bol nailiyyətlər, möhkəm cansağlığı və təhsil uğurları arzu etmiş, təbriklərini çatdırmışlar. Keçirilmiş tədbirlərdə şagirdlərin şeirlər, nəğmələr söylənmiş və səhnəciklər göstərməsi ilə davam etmişdir. Daha sonra rayon icra hakimiyyətinin təşəbbüsü ilə azyaşlı uşaqlara və şagirdlərə bayram sovqatı paylanılmışdır.

Keçidlər