Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi.
12 dekabr 2013-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu il dönümü münasibəti ilə Lerik rayonunda Heydər Əliyev Meydanında ümumrayon anım mərasimi keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələri, ağsaqqallar, rayon ictimaiyyəti, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək gül dəstələri qoydular, Ulu Öndərə öz ehtiramlarını bildirdilər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq oldu. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi və filim nümayiş etdirildi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nur” şadlıq sarayında və “Xeyir-Şər” evində Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü münasibəti ilə 1000 nəfərlik ehsan süfrəsi açıldı. Ruhuna dualar oxundu.