Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lerik rayonunda tədbirlər keçirilmişdir.

10 noyabr 2013 | 16:00

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına əsasən, habelə gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müəyyən edilmiş vəzifələrə uyğun olaraq 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, vətəndaşlarda dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsinə, uşaqların, yeniyetmə və gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmləndirilməsinə yönələn məruzə və çıxışlar dinlənilmişdir.
     Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanında şəhərin ümumtəhsil məktəblərindən şagirdlərin Dövlət Bayrağı meydanına yürüşü keçirilmişdir. Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra məktəblilər Dövlət Bayrağı meydanına toplaşmış, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər