Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Durğan və Zəriküməco kənd ümumi orta məktəbləri üçün inşa edilmiş binaların açılış mərasimləri keçirilmişdir

08 noyabr 2013 | 16:00

2013-cü il noyabrın 7-də Durğan və Zəriküməco kənd ümumi orta məktəbləri üçün yeni inşa edilmiş, hər biri 80 şagird yerlik olan binaların açılış mərasimləri keçirilmişdir.
    Açılış mərasimlərində  Lerik  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rövşən  Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı  İqbal  Məmmədov,  rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Hər iki tədbiri giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov son illər cənab Prezidentin diqqət və qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da müasir tələblərə cavab verən məktəblərin tikintisi, təhsil sahəsində qazanılan uğurlar barədə məlumat vermişdir.
   Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov məktəblərin açılışı münasibəti ilə müəllim və şagirdləri, kənd əhalisini təbrik etmişlər.
    Açılış mərasimlərində Durğan kənd sakini ağsaqqal Mirzəxan Mahmudov, Durğan kənd ümumi orta məktəbinin direktoru Balaqardaş Babayev, Zəriküməco kənd sakini İman Məmmədov, Zəriküməco kənd ümumi orta məktəbinin müəllimi Süleyman Məmmədov, şəhid anası Azadə Fərəcova çıxış edərək yeni  məktəblərin tikintisinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
    Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov tərəfindən birinci sinif şagirdlərinə məktəb ləvazimatları və məktəbli çantaları təqdim edilmişdir.
    Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə yaxından tanış olmuşdur.

Keçidlər