Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lerik rayonunda olmuşdur

04 noyabr 2013 | 16:00

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu noyabrın 3-də Lerik rayonuna gəlmişdir.

Beynəlxalq Forumun iştirakçıları Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyində və “Uzunömürlülər” muzeyində olmuşlar. Qonaqlara rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, rayonda son illərdə aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verilmişdir.

Dünyada analoqu olmayan “Uzunömürlülər” muzeyində fotoşəkilləri toplanmış uzunömürlülər, uzunömürlülüyün sirləri barədə forum iştirakçılarından ibarət nümayəndə heyətinə məlumat verilmiş, Lerikin uzunömürlü sakinləri  haqqında film nümayiş etdirilmişdir.

Daha sonra qonaqlar rayonumuzun turizm potensialı ilə yaxından tanış olmaq məqsədi ilə “Relax” turizm və istirahət mərkəzində olmuşlar.
 

Keçidlər