Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi.

22 oktyabr 2013 | 15:00

21 oktyabr 2013-cü il tarixdə Lerik rayon icra hakimiyyətində rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, hüquq mühafizə orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, ictimaiət nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş Şura iclası keçirildi.
    Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov 09 oktyabr 2013-cü ildə ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri barədə məlumat verərək cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə rayon ictimaiyətini təbrik etdi. Rayonumuzda da seçkilərin demokratik, şəffaf və əhalinin böyük ruh yüksəkliyi, aktivliyi ilə keçdiyini, heç bur qnun pozuntusunun baş vermədiyini qeyd etdi. Daha sonra 06 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ölkə rəhbərinin toxunduğu məsələləri diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı qazanılmış uğurlarda rayonumuzun da öz payının olmasını, rayonda aparılan quruculuq-abadlıq işlərinin, yolların, məktəblərin, səhiyyə müəssisələrinin bundan sonrada tikiləcəyini, ərazilərimizdə bütün infrastrukturun günün tələbləri səviyyəsində olacağını bildirdi.
      2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov məruzə etdi.
     Bildirdi ki, keçən doqquz ayda və ümumlilikdə 2003-2013-cü illər üzrə rayonumuzda bir sıra uğurlara imza atılmışdır. 40-a yaxın məktəb, 9 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, inzibati idarə binaları, turizm-istirahət mərkəzləri, iaşə obyektləri, şadlıq sarayları, ticarət mərkəzləri, kərpic zavodu, broyler fabriki, çörək zavodu, su sexləri inşa edilmiş, 38 yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik xətlərində təmir işləri aparılmış, kəndlərimizdə artezian quyuları qazılmış, kəndlərə su xətləri çəkilmiş, yollar asfatlaşdırılmış və ya əsaslı təmir edilmişdir. Ərazilərimizdə infrastruktur yenilənmişdir. 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu asfaltlaşdırılmış, 32 km-lik Noda-Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı ilkin olaraq 2 milyon vəsait ayrılmış, tikinti işlərinə start verilmişdir.
     “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 4123, o cümlədən cari ildə 680 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər  ərzində 8877 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
     Məruzəçi  layihəsi  hazırlanmış  yeni  Dövlət Proqramına  rayonumuz  üzrə  60 tədbirin daxil edildiyini bildirərək qarşıdakı 5 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Lerikin daha böyük iqtisadi uğurlara imza atacağını vurğuladı.
    İclasda rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Nüvədi kənd ərazi icra nümayəndəsi İntiqam Əsədov, DSMF-nun rayon şöbəsinin müdiri Malik Mirzəyev çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
      Şura iclasında rayonda əldə olunan uğurlar və qarşıda duran vəzifələrə dair qərar qəbul olundu.
      Sonda Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edildi.

Keçidlər